Hava çox isti olmayıb və trasda həmişəkindən az qum görünüb. Ferrari sürücüləri və Elbon sərt, qalan bütün sürücülər isə orta təkərlərlə sessiyaya başlayıblar. Maşınların sıxlıq yaradıb, sessiya da xırda da olsa, insidentlərlə yadda qalıb. Peres, Piastri və Hülkenberq trasdan çıxıblar. Maşınlara bir zərər dəyməsə də, dövrəvi nəticələri ləğv edilib.
Son dəqiqələrə doğru sürücülər sıralanma turlarına hazırlaşmaq məqsədilə Soft təkərlərə keçiblər və qısa dövrələr vurublar. Şarl Leklerin 1:21.953-lük nəticəsi ən yaxşı olaraq qalıb. Bir neçə saatdan sonra Losail trasında həftəsonunun ilk təsnifat mərhələsi – sprint yarışının sıralanma turu baş tutacaq. Buarada artıq başqa heç bir sərbəst yürüş olmayacaq.
Bizi mini-yarışa pouldan başlamaq uğrunda gərgin mübarizə gözləyir…
Şərh əlavə et