Xəbəri Kokpitdə Oxuyun!

Sayns Williams FW46 ilə trasa çıxacaq

Karlos Sayns reklam çəkilişləri üçün bazar ertəsi günü FW46 ilə Yas Marinada trasa çıxacaq.

Ferrari ilə bağladığı razılaşmaya uyğun olaraq Williams komandası testlərdən əvvəl media günü tədbiri təşkil edəcək və Karlos Saynsın maşına öyrəşməsi üçün ona fürsət verəcək. Bu tədbir çərçivəsində Sayns kokpitə uyğunlaşmaq və sürücü oturacağını tənzimləmək üçün 200 kilometr məsafə qət edəcək.

Williams komandası Ferrari ilə müqaviləsinə görə ispaniyalı sürücünün test zamanı sponsorsuz yarış kombinezonu geyinməsini təmin edəcək. Ferrari komandasının rəhbəri Frederik Vassyör Saynsın mövsümboyu komandaya verdiyi töhfələri vurğulayıb və bu testə icazə verilməsini “zəruri jest” kimi qiymətləndirib.

Frederik Vassyör: “Karlosun Ferrari-yə böyük faydaları olub və onun yeni komandasına uyğunlaşması üçün dəstək vermək bizim üçün doğru addım idi”.

Rauf Hacıyev

Şərh əlavə et