Kokpit.az xatırladır ki, monakolu sürücü Qətərdə birinci sərbəst yürüşlərdə lider olmuşdu. Lakin o, sprint sıralanma turunda komanda yoldaşı Karlos Saynsdan geri qalaraq, beşinci yeri tutub.
Şarl Lekler sessiyadan sonra məyusluğunu gizlətməyib və bildirib ki, birinci sərbəst yürüşlərdən sonra reallığa qayıdıblar: “Əlimizfən gələn hər şeyi etdik, amma dördüncü və beşinci yerləri tutduq. Bu həftəsonunun nə qədər önəmli olduğunu düşünsək, bu nəticələr ürəkaçan deyil. Birinci sərbəst yürüşlərdə əldə etdiyimiz nəticə gözləntilərimizin üzərində idi. Buna görə də yaxşı performansa ümid edirdik, ancaq sprint sıralanma turunda yenidən reallığa qayıtdıq.
Birinci sərbəst yürüşlərə baxsaq, McLaren ilə mübarizə apara bilərik, amma sprint sıralanma turuna baxsaq, yox. Amma performansımızın real vəziyyəti sprint sıralanma turunda idi. Yəni ki, vəziyyət yaxşı deyil. Yenə də nələr olacağını əvvəldən bilmək mümkünsüzdür. Yarışlarda hər şey fərqli ola bilir”.
Şərh əlavə et