Kokpit.az xatırladır ki, avstraliyalı sürücü bu il Formula 1-də ikinci mövsümünü keçirsə də, iki yarış qazanıb və Avropa yarışlarında ən çox xal toplamış sürücü olub.
McLaren komandası keçən həftə Las Veqasda pis performans göstərmişdi. Mercedes isə möhtəşəm performansla ilk iki yeri tutmuşdu.
Oskar Piastri: “Bu həftəsonu kimin sürətli olduğunu görmək maraqlı olacaq, amma keçən mövsüm sürətli olduğumuz tras idi. Məncə, Mercedes yenə də sürətli olacaq. Bu il hava soyuq olan traslarda Mercedes həmişə üstün oldu. Veqasda da onlar açıq formada üstün idilər. Kanadada çox sürətli idilər. Hətta yağışdan əvvəl Silverstounda da… Yenə də görək nə olur”.
McLaren komandası hazırda Mühəndislər Kubokunda liderdir və onlar ikinci yerdəki Ferrari-ni 24 xal qabaqlayırlar. Gənc sürücü çempionluq ehtimalı barədə də danışıb: “Komanda ilə bu uğuru qazanmaq çox xüsusi olar. Sonunci Mühəndislər Kubokundan 26 il keçib. Ümdi edirəm ki, bu çempionluq gələcəkdəki uğurların başlanğıcı olar, amma bu çempionluq hamı üçün xüsusi olacaq.
McLaren son 10 ildə çətin dövrlər keçirdi. Buna görə də ön sıralarda mübarizə aparmaq bizim üçün inanılmaz hissdir. Amma bunu çempionluqla tamamlamaq doğrudan da çox gözəl olacaq”.
Oskar Piastri sonda bildirib ki, o növbəti mövsümdə çempionluq uğrunda mübarizə aparmaq istəyir: “2025-ci il mövsümünün əvəvəlindən etibarən çempionluq uğrunda mübarizə aparmağı ümid edirəm. Bu il getdiyimiz trasların 95 faizində çox stabil maşınımız var idi. Rəqiblərimizin nə edəcəyini heç vaxt bilmərik. Məncə, son iki mövsümdə özümüzə çox güvənirik. Yeni mövsümün başlamasına hələ dörd ay var. Buna görə də bu mpddət ərzində çox şey ola bilər, amma məncə son iki ildə olduğu kimi çempionata özümüzdən əmin formada hazırlaşırıq”.
Şərh əlavə et