Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Asan yarış olmayacaq

McLaren komandasının sürücüsü Lando Norris Qətərdəki sprint sıralanma turunda poul qazandığı üçün çox sevinclidir. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Las Veqas yarışında 6-cı yeri tutmuşdu. Lakin o, Qətərdə sprint sıralanma turunda hər üş sessiyada da zirvədə olub və poul qazanıb. 

Lando Norris sessiyadan sonra bildirib ki, Las Veqasda məyusedici yarışdan sonra poul qazandığı üçün çox sevinclidir: “Burada dövrə vurmaq insanı inanılmaz sürətli hiss etdirir. Buranı mövsümün ən sürətli trası kimi hiss edirsiniz. Xüsusən də son sektorda tamamilə limitdə olursunuz. Las Veqasadakı vəziyyətimizdən sonra belə nəticə əldə etmək gözəl oldu. Bu, çox gözəl geridönüş oldu.

Son sessiyada pis dövrə vurmadım, amma ikinci cəhdimdə çox səhv etdim. Yenə də poul qazanmaq üçün gəlmişdik və bunu bacardıq. Yəni etməli olduğumuz şeyi etdik.

Sprint yarışını qazanmaq istəyirəm. McLaren ilə məqsədimiz ilk iki yeri tutmaqdır. Mühəndislər Kubokunda maksimum xalı hədəfləyirik və bunun üçün hər şeyimizi ortaya qoyacağıq. Bilirik ki, çətin mübarizə olacaq. Mercedes sürətlidir, Ferrari də güclü görünür. Asan yarış gözləmirəm, amma azarkeşlər üçün həyəcanlı ola bilər. Sabah üçün səbirsizlənirəm”.

 

 

Rauf Hacıyev

Şərh əlavə et