Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton emosional hiss etmir

Formula 1 üzrə yeddiqat Dünya Çempionu Lyuis Həmilton bildirib ki, Mercedes-dən ayrılacağı üçün emosional hiss etmir. 

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Mercedes ilə son iki yarışına çıxır. O, növbəti mövsümdən etibarən Ferrari komandasında Şarl Leklerlə birlikdə yarışacaq. 

Lyuis Həmilton: “Yuxarıdakı otaqda Bono ilə oturub danışarkən dedik ki, aman allahım bir yerdə iki yarışımız qaldı. Yəni ki, o anları yaşayırıq, amma artıq hamı öz gələcəyə baxır. Bu mövsümün bitməsini səbirsizliklə gözləyirəm, çünki çempionluq üçün mübarizə aparmırıq. Buna görə də məni həyəcanlandıran heç nə yoxdur.

Keçən il Əbu Dabidə ikinci yer uğrunda mübarizə apardığımızda çox həyəcanlı idim, amma indi belə mübarizə yoxdur. Hazırda emodional heç nə hiss etmirəm, amma növbəti mərhələdə nə hiss edəcəyimi bilmirəm.

Mercedes-də olanda həmişə demişəm ki, sona qədər bu ailənin bir parçası olacağam. Keçmişdəki sürücülərə baxsanız, 80 yaşlarına qədər, ölüm döşəyində belə komandalarının bir hissələri olublar. Hər şeyə daxil edirlirlər və ömürboyu onları yad edirlər. Əvvəl birlikdə inşa etdiyimiz hər şeyin sona çatacağı üçün narahar idim, amma indi başa düşürəm: Mən həmişə Mercedes tarixinin bir hissəsi olacağam.

Gələcəkdə həmişə geri qayıdıb, müzeyi görə biləcəyəm. Bu markanın tarixinin bir parçası olduğumu anlayacağam. Hamımız çox işlədik və bir yerdə çox şey yaşadıq. Buna görə də körpü sökülmür. Daha da güclənir. Bu mövsümü ən yaxşı formada bitirmək istəyirəm və əlimizdən gələn gər şeyi edəcəyimizi bilirəm.

Yenə də bu son iki yarış mənim üçün münasibətimizin bir göstəricisi olmayacaq. Biz onsuz da hər şey etdik. Etmək istədiyimizdən artığına nail oldu. Amma əlbəttə, mövsümü bir qələbə ilə bağlamaq gözəl olardı”.

Lyuis Həmilton Mercedes ilə Petronas üçün təşkil olunacaq bir şou yürüşündə iştirak edəcək. Bundan başqa yeni illə bağlı bəzi tədbirlərə qatıacaq. Buna görə də Ferrari ilə Əbu Dabi testlərində iştirak edə bilməyəcək.

Yeddiqat Dünya Çempionu açıq formada bildirib ki, Ferrari ilə test etmək istəmir: “Fred mənim testlərdə iştirakımı istəyir, amma qırmızı maşını ilk dəfə Əbu Dabidə sürmək məni həyəcanlandırmır. Əgər seçim şansım olsaydı, bunu gizli formada və gələn il etməyi istəyərdim. Toto ilə danışanda mənə dedi ki, sponsorlarla bağlı planları olacaq. Buna görə də tes mümkün deyildi. Onsuz da dekabrın 30-a qədər müqaviləm var. Lakin bu məni narahat etmir, çünki test etmək istəmirəm. Bunu Fredə də dedim. Əlbəttə, bu testi etməyərək, bəzi şeyləri qaçırıram, çünki bu proses lazımdır. Amma özümüzə gəlmək üçün əlimizdən gələni edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et