Kokpit.az bildirir ki, bunun əsas səbəbi keçən həftəsonu Las Veqas Qran Prisinin sıralanma turunda etdiyi qəzadır. Belə ki, argentinalı sürücü sıralanma turunun ikinci sessiyasında ciddi qəza etmiş və ön asılqanı tamamilə zədələmişdi.
Franko Kolapinto: “Ön asılqanı dəyişdiririk. Bu əvvəlki dizayndır. Bəzi digər detallar da elədir. Amma vəziyyət budur və bununla mübarizə aparmalı və bolidin potensialını ən yaxşı formada dəyərləndirməliyik”.
Argentinalı pilot bildirib ki, Veqasda itirdikləri detalları əvəz edəcək yeni detallar yetərli deyil: “Bu, son yarışlarda yaşadığımız qəzaların bir hissəsidir”.
Buna baxmayaraq Williams komandasının məsulları bildirib ki, bu dəyişikliklər FW46-nın ümumi performansında çox az itkiyə yol verəcək.
Franko Kolapinto əlavə edib ki, Veqasdakı sıralanma turunun ikinci sessiyasında digər sessiyalara nisbətən daha çox limitdə sürməli olub: “Məncə, bu mənim bir az çox risk almağıma səbəb oldu. Yekunda daha çox risk almalı oldum. Sıralanma turunda özümü doğrudan da yaxşı hiss edirdim. Çox yaxşı dövrələr vurdum. Birinci sessiyada güclü idim. İkinci sessiyada da ilk cəhdim güclü idi. Son cəhdimdə yeni təkərlərlə böyük addım atırdım. Amma yekunda belə hallar baş verə bilir. Bu da yarışın bir hissəsidir. Görək nə olacaq”.
Şərh əlavə et