Xəbəri Kokpitdə Oxuyun!

Toyota krəş-testdən yüksək nəticə ilə keçməyib

Latın Amerikası spesifikasiyaında olan sedanın təhlükəsizlik və möhkəmliyi yerli müstəqil LatinNCAP təşkilatı tərəfindən yoxlanılıb.

Test nəticələrinə görə, Corolla mümkün beş ulduzdan dördünü toplaya bilib. Krəş-testdə yeddi təhlükəsizlik yastığı ilə təchiz edilmiş avtomobilin iştirak etməsinə baxmayaraq, model demək olar ki, bütün kateqoriyalarda orta nəticələri göstərib.

LatinNCAP Toyota Corolla modelinə sürücü və yaşlı sərnişinlərin mühafizəsi üzrə 73%, uşaq-sərnişinlərin mühafizəsi üzrə 72%, piyadaların təhlükəsizliyi üzrə 60% və sürücüyə yardım sistemləri üzrə isə, 82% verib.

Öndən toqquşma zamanı sürücü ön panelə görə omba və baldırın, yandan toqquşmada isə, gövdənin zədələnməsi riski ilə üzləşir. Sərnişin üçün boyun hissəsinin qamçıvari zədələnməsi riski də var. Ön şüşənin dirəkləri, onun aşağı sahəsi və kapotdakı qabırğalar piyadaya xəsarət yetirmək riskini daşıyırlar.

LatinNCAP sınaqlarda 2024-cü ildə buraxılmış, çəkisi 1,68 ton olan sedan iştirak edib bildirib. Krəş- testdə iştirak edən konkret avtomobil yeddi təhlükəsizlik yastığı ilə təchiz olunub, lakin təchizat bazardan asılı olaraq dəyişə bilər – Latın Amerikası ölkələrindən başqa, bu model ABŞ, Tayland və Yaponiyada satılır.

Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et