Kokpit.az xatırladır ki, almaniyalı sürücü son mövsümdə Alpine ilə Dünya Dözümlülük Çempionatında çıxış etmiş və burada podium qazanmışdı.
Mikin gələn il Formula 1-də yarışa bilməyəcəyi dəqiqləşdikdən sonra gənc sürücü Alpine ilə WEC-də qalmağa qərar verib.
Mik Şumaxer: “Alpine komandası ilə Dözümlülük Çempionatında yarışacağım üçün sevincliyəm. Bir yerdə gözəl mövsüm keçirdik və növbəti mövsüm daha yaxşı performans göstərməyə qərarlıyam. İnkişaf etdirmək istədiyimiz bəzi nöqtələri müəyyən etdik. Buna görə də Dözümlülük Çempionatındakı ikinci mövsümüm üçün səbirsizlənirəm”.
Şərh əlavə et