Xəbəri Kokpitdə Oxuyun!

Qətərdə küləkli hava olacaq

Qarşıdan gələn Qətər Qran Prisi günləri üçün hava proqnozu açıqlanıb.

Kokpit.az bildirir ki, proqnozlar yarış həftəsonu ərzində komfortlu hava şəraiti və ideal temperatur vəd edir, lakin güclü külək yarışçılara mane olacaq.

Cümə, şənbə və bazar günləri gün ərzində temperatur 25 civarında olacaq, lakin təsnifat mərhələsi, sprint yarışı və əsas yarış gün batdıqdan sonra baş tutacaq ki, bu zaman da temperatur 22 dərəcəyə enəcək. Yağıntı isə gözlənilmir.

Xatırladaq ki, keçən il burada bütün sessiyalar quru havada baş tutmuşdu.

Elçin Zodorov

Şərh əlavə et