Kokpit.az xatırladır ki, niderlandlı sürücü keçən həftəsonu Las Veqasda karyerasının dördüncü çempionluğunu elan edib. Lakin o yarışdan sonra bildirmişdi ki, Mayami Qran Prisindən bəri stabil çıxış edən McLaren ilə çempionluğu daha erkən elan edərdi: “McLaren ilə yarışsaydım, çempionluğu daha tez əldə edə bilərdim. Ferrari-də yarışsaydım da, demək olar ki, vəziyyət eyni olardı. Ancaq Mercedes ilə daha çox çətinlik çəkərdim”.
Lando Norris: “Komediyaya başlamalı idi. Təbii ki, istədiyini deyə bilər. Əlbəttə, bununla heç razı deyiləm. Yaxşı pilot olsa da, dedikləri düzgün deyil.
Ancaq Maks Ferstappenin komanda yoldaşı yaxşı nəticələr qazansaydı, Red Bull rahatlıqla Mühəndislər Kubokunda çempion olardı.
Biz Maks Ferstappenlə hələ də yaxınıq. Hətta Veqasdan sonra onunla gözəl söhbətimiz oldu.
Bu mövsümlə bağlı peşmanlığım yoxdur, amma 2024-cü ildə öyrəndiyim şeyləri kaş əvvəlki illərdə öyrənə bilsəydim”.
Lando Norris sonda Qatar Qran Prisini dəyərləndirib: “Mercedes keçən il çox sürətli idi. Buna görə də həftəsonuna qəti favorit kimi gəlirlər. Amma yaxın mübarizə idi. Red Bull da keçən il güclü olmuşdu. Maks da, biz də güclü idim. Buna görə də mübarizə gözləyirəm.
Ümid edirəm ki, bu hal bizim xeyrimizə olar və Ferrari-yə nisbətən daha yaxşı vəziyyətdə olarıq, amma Ferrari də keçən ilə nisbətən əksər problemləri həll edib. Yəni ki, düzünü desəm, heç bir fikrim yoxdur, amma hazırda Ferrari və Mercedes-in güclü templəri var”.
Şərh əlavə et