Xəbəri Kokpitdə Oxuyun!

Kolton Herta Cadillac üçün əsas seçimdir

2026-cı ildə Formula 1-də debüt etməyə hazırlaşan Cadillac komandası Kolton Herta ilə müqavilə bağlamaq istəyir.

Bu yaxınlarda məlum oldu ki, Cadillac 2026-cı ildə 11-ci komanda olaraq Formula 1 seriyasına qoşulacaq. Bundan sonra komandanın  potensial sürücülərinin  kim ola biləcəyi ilə bağlı söz-söhbətlər yaranıb.

1978-ci iin Formula 1 üzrə Dünya Çempionu və  GM yarış proqramının direktorlar şurasına rəhbər təyin edilən Mario Andretti bildirib ki, 2024-cü ildə IndyCar çempionatında ikinci yeri tutan 24 yaşlı Kolton Herta ən güclü namizədlərdən biridir.

Mario Andretti: “Bu layihənin əvvəlindən Kolton Herta bizim üçün əsas namizədlərdən biri idi. Son zamanlarda bu barədə danışa bilmirik, çünki hələ vaxtımız var. Ancaq o, bizim üçün hələ də əsas seçimdir. Əminəm ki, o da burada yarışmaq istəyir. Hazırda McLaren komandasında çox vacib bir rolu olan Lando Norris kimi sürücülərlə bir yerdə işlədi. O, hələ gəncdir, canlıdır və hazırdır”.

Hazırda əsas plan Kolton Hertanın yanında təcrübəli sürücü yarışdırmaqdır. Lakin amerikanlar hələ tələsmirlər.

Kolton Herta daha əvvəl  Formula 1-də yarışmaq şansı qazansa da,  FIA Super Lisenziyası xalları onun bu addımı atmasına mane olub. Super Lisenziya üçün 40 bal tələb olunur və FIA müraciət ilində və əvvəlki iki və ya üç ildə toplanmış xalları nəzərə alır. Müvafiq olaraq Hertanın son üç mövsümdə cəmi 32 xalı var: 2024-cü il çempionatında ikinci yeri tutduğu üçün 30 xal və əvvəlki hər iki ildə 10-cu yeri tutduğu çün bir xal. Bu halda Super Lisenziya üçün Herta 2025-ci ildə IndyCar çempionatında  ya ən az dördüncü yeri tutmalı ya da beşinci olmalı və Formula 1-də sərbəst yürüşlərdə iştirak etməlidir.

Mario Andretti: “Bütün bu alternativlərin açıq olduğunu düşünürəm. Xal sisteminin tələblərindən xəbərdaram, amma bu Herta üçün əlçatan hədəfdir. Əgər bu il çempionluğu qazansaydı, bu iş çoxdan həll olunacaqdı. Yenə də bu vəziyyətdən çıxa biləcəyimizə əminəm”.

Rauf Hacıyev

Şərh əlavə et