Xəbəri Kokpitdə Oxuyun!

Ferstappenin hədəfi qələbədir

Red Bull komandasının sürücüsü Maks Ferstappen mövsümün son iki yarışından maksimum xal qazanmaq istəyir.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü Las Veqas yarışında beşinci yeri tutaraq, Formula 1 karyerasının ardıcıl dördüncü Dünya Çempionluğunu qazanıb. 

Maks Ferstappen: “Dünya Çempionluğunu qazanmaq inanılmaz an idi. Həm komandamla, həm də özümlə çox qürur duyuram. Bu uğur bizim üçün çox şey ifadə edir, çünki heç vaxt dörd dəfə Dünya Çempionu ola biləcəyimi düşünməmişdim. Bu uğurun bir hissəsi olaraq hər kəsə təşəkkür edirəm.

Gözəl bir mövsüm keçirdik. Bəzi çətin anlar yaşadıq, amma birlikdə irəlilədik. Heç vaxt təslim olmadır və daha güclü formada qayıtdıq. Bütün bunlar mövsümü çox xüsusi  etdi.

Qətər Qran Prisinə gəldikdə isə əsas məqsədimiz tras üzərində mübarizə aparmaq olacaq. Sprint formatına görə önümüzdə gərgin həftəsonu var. Mövsüm hələ bitməyib və mövsümün son iki yarışından maksimum nəticə qazanmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et