Xəbəri Kokpitdə Oxuyun!

Çempionluğu itirən Norris qələbəyə əsas namizəddir

Unibet bukmeyker kontoru qarşıdan gələn Qətər Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

Bukmeykerlər Lando Norrisi Losail trasında baş tutacaq növbəti yarışın favoriti hesab edirlər. Hazırkı dünya çempionu Maks Ferstappenin şansları bir qədər aşağı qiymətləndirilir. Ötən il Qətərdə sprint yarışında qalib gələn Oskar Piastri reytinqdə üçüncü yerdədir.

Las Veqasdakı son yarışı ilk iki yerdə başa vurmuş Mercedes sürücülərin şansları isə bərabər, lakin Ferrari sürücülərindən yüksək hesab edilir.

Lando Norris – 3.00
Maks Ferstappen – 4.50
Oskar Piastri – 5.50
Lyuis Həmilton, Corc Rassell –6.00
Şarl Lekler, Karlos Sayns – 11.00
Serxio Peres – 101.00

Sürücülər çempionatının taleyinə aydınlıq gəlib, lakin Mühəndislər Kuboku üçün pul qoyuluşlarının qəbulu davam edir. Sona 2 əsas, bir sprint yarışı qalmış, McLaren Ferrari-ni 24 xal qabaqlayır və favoritliyi davam edir.

McLaren – 1.17
Ferrari – 5.50
Red Bull – 151.00

Elçin Zodorov

Şərh əlavə et