Xəbəri Kokpitdə Oxuyun!

Xiaomi krossoverinin debüt tarixi bəlli olub

Çin mediası hazırda MX11 daxili indeksi ilə tanınan Xiaomi krossoverinin 2025-ci ilin birinci rübündə debüt edəcəyini yazır.

Çatdırılmaların başlanması gələn ilin aprel ayına planlaşdırılıb.Sınaqlardan əldə edilən casus şəkillərdən göründüyü kimi, Xiaomi krossoveri aşağı klirensə malik olacaq. Yeni məhsulun uzun kapotu olan gərilmiş silueti Ferrari Purosangue krossoverini xatırladır.

İtalyan krossoveri ilə oxşarlıq qeyri-rəsmi renderlərdə daha aydın görünür. Əsas dizayn elementləri sedandan köçürüləcək – xarakterik faralar və monofənər, arxa görüntü güzgüləri, gizli qapı tutacaqları və sairə. Yeganə şəkildən göründüyü kimi, krossoverin interyeri sedandan fərqlənəcək. Burada ən azı mərkəzi konsol fərqli dizayna malikdir: sürücü tərəfində düymələr cərgəsi yoxdur, yalnız fincan tutacaqları, smartfonları doldurmaq üçün bölmə və qutulu dirsəkaltı görünür.

Krossoverin Xiaomi SU7 sedanı ilə eyni Modena modul platformasında inşa ediləcəyi gözlənilir. Xatırladaq ki, arxa oxunda Hyper Engine V6 elektrik mühərriki olan top versiyası (Ultra variantı nəzərə almadan)  673 at qüvvəsi və 838 Nm fırlanmana anına malikdir. 101 kilovat-saatlıq batareya enerji doldurmadan 800 kilometrlik yürüş məsafəsini təmin edir. İnsayderlər krossoverin hibrid güc aqreqatına da sahib olacağını bildirsələr də, bu məlumat hələ təsdiqini tapmayıb.

(c) Autograph.az

Rauf Hacıyev

Şərh əlavə et