Kokpit.az xatırladır ki, çinli sürücü ilin sonunda Sauber komandası ilə ayrılaca və o növbəti mövsümdə komandasız qalacaq. gənc sürücünün adı bir ara Ferrari komandasının test və ehtiyat sürücülüyü üçün hallansa da, italyanlar sonradan bu xəbəri təkzib etmişdilər.
Quanyu Çjou: “Bir neçə komanda ilə danışıqlar aparırıq və əlbəttə, Ferrari mənimlə doğrudan da maraqlanan komandalardan biridir. Növbəti bir neçə həftə ərzində qəti qərar verməmişdən əvvəl bütüna lternativləri dəyərləndiririk. Amma açıq danışsaq, hazırda hər şeyi dəyərləndirib ən yaxşı qərarı vermək istəyirik. Ümid edirəm ki, tezliklə yaxşı xəbərlər olar və qərar verilər. Məncə, növbəti həftələrdə qəti bir fikrim olacaq”.
Quanyu Çjou bu ilin ən yavaş bolidi Sauber-i sürür və Valtteri bottasla xal ala bilməyən iki sürücüdən biridir. Ancaq çinli sürücü Las Veqas yarışında komanda yoldaşı Bottasa nisbətən daha yaxşı performans göstərib. O, Amerikanın küçələrində bu il üçüncü dəfə sıralanma turunda Bottası qabaqlayıb və finişə 13-cü yerdə çatıb. Valtteri isə 18-ci yeri tutub. 25 yaşlı pilot Las Veqasa gətirilən yeni altlıq və yenilənmiş diffuzorun təsirindən razı qalıb.
Quanyu Çjou: “Bu, yay tətilindən sonra qazandığımız ən yaxşı nəticə idi. Yeniliklərin işlədiyini görmək məni çox sevindirdi və komanda mənə potensialımı göstətə biləcək maşın verdi. Özümə olan inamım geri qyıtdı və bu da məni çox sevindirdi. Yarış təmiz keçdi və önümüzdə insident olmadı. Buna görə də bundan yaxşısı mümkünsüz idi.
Bu mövsüm bizi məyus etdi. Xüsusən də mövsümün ikinci yarısında istədiyimiz yenilikləri edə bilmədik və həmişə köhnə paketlə sürdük. Bu vəziyyət gələcəyimlə bağlı dövrlərdə mənə pis təsir etdi. Ancaq başa bucaqdan baxanda çox rahatlandım. İndi isə növbəti iki yarışa və karyeramın növbəti mərhələsinə fokuslanmalıyam”.
Şərh əlavə et