Yeni Cadillac Formula 1 komandasına məsləhətçi vəzifəsini öz öhdəsinə götürən 1978-ci ilin dünya çempionu Mario Andretti güc aqreqatlarının tədarükü üçün müqavilə üzrə Ferrari ilə danışıqların aparılması barədə yayılan məlumatları təsdiqləyib.
Mario Andretti: “Biz həqiqətən danışıqlar aparırıq. Hələlik razılıq əldə olunmayıb, amma biz buna çalışırıq. Bu bizim üstünlük verdiyimiz variantdır. Ferrari ilə olan keçmişim, Enzo Ferrari ilə münasibətim – bütün bunlar böyük rol oynayır. Böyük əhəmiyyət kəsb edən bir çox amillər var. Ferrari ilə müqavilə ən yaxşı seçim olardı”.
Xatırladaq ki, Cadillac 2026-cı ildən 11-ci komanda kimi F1-də iştirak edəcək.
Şərh əlavə et