Xəbəri Kokpitdə Oxuyun!

Yarışmaq üçün kokpit seçimini düzgün et

Esportda yaxşı nəticə qazanmaq üçün əsas amillərdən biri də kokpitdir. Bəs Esport-a yeni başlayanlar və burada karyera qurmaq istəyənlər hansı kokpitləri seçməlidir?

Kokpitin köməkliyi ilə yarışda bir neçə saniyə qazanaraq və həmçinin dövrə üzrə stabillik əldə etmək mümkündür.

Kokpitin 3 növü var:

Wheel Stand

Portativ

Stasionar

Hərəkət edən kokpitlər də mövcuddur , lakin yüksək qiymətə sahib olduğuna görə böyük populyarlığa sahib deyillər.

Wheel Stand-lər başlanğıc üçün əla seçimdir, və qiymət cəhətdən çox sərfəlidir. Bəzi Wheel Stand-ləri təkmilləşdirərək Stasionar kokpitə çevirmək mümkündür. Misal üçün Next Level Racing brendinin Wheel Stand 2.0 modeli.

Portativ Kokpitlər yığcamlığı ilə Stasionar kokpitlərdən və Wheel Stand-lərdən fərqlənir.  Bu tip kokpitlər adətən məhdud ölçüdə olan otaqlar üçün istifadə olunur. Çünki istifadədən sonram onları kompakt vəziyətinə gətirərək yığmaq və otağın kənarına qoymaq mümkündür. Bu sinifin kokpitinə Next Level Racing GTLite Pro modelini misal çəkmək olar.

`

Sonda gəlin Stasionar kokpitlərlə  tanış olaq. Əgər sizin otağınızda kifayət qədər boş yer var və siz bu kokpitdə professional yarışlara qatılacaqsınızsa, o zaman stasionar kokpiti almaq olar. Belə bir kokpitin qiyməti 500 $-dan başlayaraq bir neçə min dollara qədər təşkil edə bilər.

Bu sinfin şah kokpiti Next Level Racing brendinin F-GT Elite Wheel Plate Editionu hesab etmək olar.  Bu dəstin olkəyə idxal qiyməti 6000 AZN-dən başlayır.

Rauf Hacıyev

Şərh əlavə et