Kokpit.az xatırladır ki, General Motors 2026-cı ildə Formula 1-ə 11-ci komanda kimi qatılacaq. Lakin burada Andretti adı olmayacaq.
Andretti adının yerinə GM/Cadillac
Layihənin qurucusu Maykl Andreti qısa müddət əvvəl vəzifəsindən gedib. Buna görə də koamndanın adı Andretti yox, GM/Cadillac olacaq. Andretti adı artıq rəsmi layihədə olmasa da, layihənin bəzi yerlərində istifadə olunacaq. 1978-ci ilin Dünya Çempionu Mario Andretti komandaya məsləhətçi kimi qatılacaq və gündəlik əməliyyatlara daxil olmasa , komandaya istiqamət göstərəcək.
Mario Andretti: “Formula 1 ilə bu qədər uzun müddət bağlı olduğum və sevdiyim işi görə bildiyim üçün özümü çox şanslı hiss edirəm. Cadillac Formula 1 Komandasının məni yanında istəməsi məni doğrudan da çox həyəcanlandırır. Gündəlik əməliyyatlarda olmayacağam, çünki hazırda tamzamanlı iş istəmirəm. Ancaq əlimdən gəldiyi qədər məsləhət və dostluq təqdim edəcəyəm. Bu fürsətə görə özümü çox şanslı hiss edirəm.
Formula 1 həmişə mənim ilk eşqim olub. Yaşım 70-i keçsə də, Formula 1 paddokunda özümü çox xoşbəxt hiss edirəm. Cadillac ilə Formula 1-də işləmək məni həyəcanlandırır. Həytımın bu mərhələsində bu işin bir parçası olmaq yuxu kimidir. Bu anın yaşandığına doğrudan da inana bilmirəm”.
Maykl Andretti layihədə yoxdur
Mario Andrettinin oğlu və layihənin qurucusu Maykl Andrettinin layihədə aktiv vəzifəsi olmayacaq. Ancaq GM-in və yeni komandanın uğur qazanmasını tamamilə dəstəkləyəcək.
Maykl Andretti: “Cadillac F1 komandası əsl amerikan komandası qurmaq üçün əlindən gələni edir. Onların belə işləməsi ilə qürur duyuram. Bu vacib mərhələyə çatan hamını təbrik edirəm. Sizi həmişə dəstəkləyəcəyəm”
Şərh əlavə et