Xəbəri Kokpitdə Oxuyun!

Fettel dözümlülük yarışlarına qatılacaq?

Formula 1 üzrə dördqat Dünya Çempionu Sebastyan Fettelin F1-ə qayıtmaq kimi bir planı yoxdur.

Kokpit.az xatırladır ki, almaniyalı sürücü 2022-ci ilin sonunda Formula 1-dən təqaüdə çıxmışdı. Bundan sonra onun qayıdacağı ilə bir neçə dəfə dedi-qodular çıxıb. Onun adı Mercedes, Audi kimi komandalarla hallanıb. 

Lakin Sebastyan Fettel qəti şəkildə bildirib ki, o, Formula 1-ə qayıtmağı heç düşünmür: “Formula 1 barədə qətiliklə düşünmürəm. Amma gələcəkdə başqa maşının sükanı arxasında idmana qayıda bilərəm. Hazırda qərar verməmişəm. Bəlkə gələcəkdə başqa bir maşın sürə bilrəəm, amma keçmişdəki kimi gərgin proqramım olmayacaq.

Gələn il yarışa da bilərəm, yarışmaya da… Hazırda dəqiq bir şey yoxdur. Hazırda seçim etmək şansım var.

Məndən tez-tez soruşurlar ki, Formula 1-i darıxmısan? Əlbəttə, darıxıram, amma hər idmançının həyatında növbəti mərhələyə başlama dövrləri olur. Bu bir nöqtədən sonra hamımızın başına gəlir”.

LE Man ehtimalı

Fettelin adı son dövrlərdə Porsche-nin Le Man 24 saat layihəsi ilə hallanır.

38 yaşlı sürücü bu barədə belə danışıb: “Bəli, bu mümkündür. Ancaq bir şeyi qəbul etsəm, müəyyən hədəfim olmalıdır və buna yetəri qədər vaxt ayırmağa hazır olmalıyam. Əlbəttə, WEC  hazırda 24 yarış keçirilən Formula 1 ilə müqayisə edilə bilməz. Dözümlülük yarışlarında vəziyyət tamamilə fərqlidir”.

Rauf Hacıyev

Şərh əlavə et