Kokpit.az xatırladır ki, 2024-cü ilin Formula 1 üzrə Dünya Çempionu Maks Ferstappen bu mövsüm səkkiz yarış, Şarl Lekler və Lando Norris isə hərəyə üç yarış qazanıblar.
Son qələbəsini Las-Veqasda qazanan Corc Rassel, Lyuis Hamilton, Karlos Sayns və Oskar Piastrinin hər birinin iki qələbəsi var.
Beləliklə, yeddi fərqli pilotun “birdən çox qələbə” əldə etməsi ilə 1981-ci ildən sonra rekord qırılıb
1981-ci il mövsümündə Nelson Pike və onun ən yaxın rəqibi Alen Prost da üç qələbə qazanmışdı. Alan Cons, Karlos Rötemann, Jil Vilnöv və Jak Laffit hərəyə iki qələbə əldə etmişdi. Əlbəttə ki, 2024-cü ildə səkkiz ya da daha çox yarış qalibi üçün hələ də fürsət var.
Şərh əlavə et