Kokpit.az xatırladır ki, Maks Ferstappen Las Veqas yarışını beşinci yerdə bitirərək, karyerasının dördüncü Dünya Çempionluğunu vaxtından əvvəl elan edib.
Britaniyalı sürücü bildirib ki, McLaren komandasının 2024-cü ildə davamlı qələbə uğrunda mübarizə aparması böyük uğurdur.
Lando Norris: “Rəqiblərimzilə fərqi bağlayıb bu qədər mübarizə apardığımız üçün komandamla qürur duyuram. İlin əvvəlində ən sürətli dördüncü komanda idik. Red Bull heç vaxt dördüncü komanda olmadı. Mövsüm başlayanda aramızda böyük fərq var idi. Bu fərqi bağlaya bilmədik, çünki onlar çox güclü idilər.
Gələn il mövsümün əvvəlindən maşınımızın güclü olacağını düşünürük. Buna görə də mövsüm başlayandan çempionluq uğrunda mübarizə apara bilərik. Son 6 ildə bunu edə bilməmişdik. Bu səbəbdən çox həyəcanlıyam. Qazandıqlarımıza görə qürur duyuram. Formula 1 karyeramda ilk qələbəmi qazandım. Daha sonra iki dəfə də qalib gəldim. Ferstappenə qarşı heç kim mübarizə aparmırdı. Bu mübarizəni McLaren və mən verdik.
Bəzi şeyləri daha yaxşı edə bilərdik? Əlbəttə! Ancaq mükəmməl mövsüm keçirsək də, çempionluğu qazana biləcəyimizi düşünmürəm. Mövsümü ikinci yerdə bağladığım üçün çox xoşbəxtəm”.
McLaren komandası hazırda Mühəndislər Kubokunda 24 xal fərqlə birinci yerdədir. Britaniya təmsilçisi hazırda buna köklənib. Lakin Lando Norris Las Veqasdakı performanslarından sonra narahat olduğunu deyib: “Mercedes-in Ferrari-ni keçməsi məni maraqlandırmır. Məni narahat edən şey bolidimizin bu yarışda pis olması idi.
Bu həftəsonu çox çətinlik çəkdik. Bolidimiz belə şəraitdə işəmir və bunun üçün çox işləməliyik. Oxşar şəraitlərdə çətinlik çəkdiyimiz başqa traslar da oldu. Bəzən hər şeyi mükəmməl edib, yaxşı nəticələr qazana bildik. Amma bu həftəsonu bolidin bütün potensialını istifadə etsəm də, bundan artığını edə bilmədim. Bundan artığını etsəm, böyük ehtimalla divara çırpılardım”.
Şərh əlavə et