Kokpit.az xatırladır ki, meksikalı sürücü Las Veqas yarışında da zəif performans göstərib. O, yarışa 16-cı yerdən başlayıb və bazar günü sadəcə 1 xal qazana bilib. Bununla da Red Bull komandası növbəti dəfə McLaren komandasından az xal yığıb və Mühəndislər Kubokunda önəmli xallar itirib.
Kristian Horner: “Çeko yarışda 1 xal qazandı. Əslində yaxşı sürdü və yaxşı yüksəldi. Amma biz McLaren-in zəif oldduğu bir gündə onlara qarşı xal itirdik. Bu böyük problemdir. Yarışda onlardan çox xal toplamaq istərdik”.
Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Serxio Peresin pis performansına baxmayaraq, onun gələcəyi ilə bağlı danışmaq istəmir: “Məncə, sürücülərlə bağlı hər hansı bir məsələ onlarla şirkət arasında qalmalıdır. Hazırda müqaviləsi olan sürücülərimiz var və bəzi sürücülərlə bağlı seçimlərimiz mövcuddur. Bu mövzu ancaq tərəflər arasında danışılmalıdır. Bu barədə heç bir şey paylaşmayacağıq. Paylaşacaq bir şey olsa, bundan xəbəriniz olacaq”.
Şərh əlavə et