Kokpit.az bildirir ki, Rob Vayt Formula 1 dünyasında çox tanınmış bir adamdır. O, 2004-2016-cı illərdə Renault-da həm mühərrik üzrə texniki direktor, həm də motor əməliyyatlları şöbəsində rəhbər köməkçisi olub. Vayt Renault komandasının 2005 və 2006-cı illərdə qazandığı eçmpionluqlarda və Red Bull komandasının 2010-2013-cü illərdəki titullarda vacib rol oynayıb.
Rob son olaraq Renault/Alpine komandasında baş əmıliyyatçı kimi işləyib, amma iyun ayında komandanın yenidən qurulma prosesində şirkətdən ayrılıb.
Andretti komandası Formula 1-ə gəlməmişdən əvvəl bazardakı ən istedadlı mühəndisləri heyətinə qatmaq istəyir. Onlar təcrübəli Rob Vayt ilə anlaşaraq hədfələrinə doğru daha bir addım atıblar.
Rob Vayt: “Andretti Global-da baş əməliyyatçı kimi işə başlayacağam və buna görə çox xoşbəxtəm. Komandaya qatıldığım üçün çox həyəcanlıyam. İndiyə kimi komandanın uğurlarını görmək çox təsiredici idi. Qarşılaşacağım bütün çətinlikləri səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Andretti Renault komandasının köhnə işçilərini komandaya yığmaqla məşğuldur. Amerikanlar daha əvvəl texniki direktor Nik Çester, aerodinamika şefi Com Tomlinson və mühəndis məsləhətçisi Pət Simonds ilə müqavilə bağlayıblar.
Şərh əlavə et