Kokpit.az xatırladır ki, monakolu sürücü yarışa dördüncü yerdən başlasa da, startda ikinci yerə yüksəlib. Ancaq daha sonra təkər yeyilməsinə görə o geriyə düşüb və yarışı elə başladığı dördüncü yerdə bitirib.
Şarl Lekler: “Elə hiss edirdim ki, hər şey nəzarətdədir. Amma birdən dövrə başına 3 saniyə itirdim. Bu inanılmaz hal idi və buna tamamilə hazırlıqsız tutuldum. Hard təkərlərə keçəndə güclü idik. Ancaq üçüncü ya da dördüncü yerdən o tərəfə getmək üçün bəs eləmədi.
Altıncı dövrədə Medium təkərlərin zəiflədiyini hiss etdim. Ondan sonra yarışın qalanı üçün ümidli deyildim. Ancaq Hard təkərlərə keçəndə vəziyyət bir az yaxşılaşdı. Əgər biri mənə ilk pitlərdən sonra dördüncü olacağımı desəydi, bunu qəbul edərdim.
Sözün açığı bu həftəsonu McLaren-dən daha güclü olmağı gözləyirdik və elə idik. Ancaq Mercedes-in bu qədər güclü olacağını proqnozlaşdırmamışdıq. Burada əsas rəqibimiz Mercedes oldu.
Düşünürəm ki, McLaren Qətərdə çox güclü olacaq. Orada xalları geri qazanacağımızı düşünmürəm, amma əlimizdən gələnin ən yaxşısını edəcəyik. Yəni ki, çətin həftəsonu olacaq”.
Şərh əlavə et