Kokpit.az xatırladır ki, niderlandlı sürücü Las Veqas yarışında 5-ci yeri tutub və bu nəticə ona dördüncü Dünya çempionıuğunu qazanması üçün bəs edib.
Əslində bu titul 27 yaşlı pilot üçün heç də asan başa gəlməyib. Düzdür, o, ilk 10 yarışda 7 qələbə qazanmışdı və hər kəs düşünürdü ki, arıcıl dördüncü Dünya çempionluğu da raharlıqla əldə ediləcək. Lakin McLaren komandası Mayamidə Lando Norrislə qalib gələrək, xəbərdarlıq siqnallarını çalmağa başlamışdı. Digər tərəfdən isə Red Bull komandaslnda balans problemləri yaranmışdı. Buna baxmayaraq, Maks vəziyyətə yaxşı nəzarət edərək, ardıcıl dördüncü Dünya Çempionluğunu elan edib.
Maks Ferstappen: “Bu mövsüm bir az uzun oldu. Çox yaxşı başlamışdıq. Hər şey demək olar ki, gözəl gedirdi, amma daha sonra çətin bir dövr başladı. Yenə də komanda olaraq bir arada qala bildik. Davamlı yeniliklərin üzərində işlədik və sonda bacardıq. Bu mövsüm həm fiziki, həm də zehni cəhətdən çox çətin idi. Sakit qalmalı olduğum anlar çox oldu. Təbii ki, keçən mövsüm çox yaxşı idi, amma bu mövsüm aldığımız dərslər məni qürurlandırır.
Komanda olaraq bu prosesə yaxşı nəzarət etdik və bu da 2024-cü il mövsümünü xüsusi və gözəl edir. Komandanın mənim üçün etdikləri inanılmazdır. Onlarla qürur duyuram. Burada dördqat Dünya Çempionu kimi danışmağı xəyal belə edə bilməzdim. Hazırda həm rahatlanmışam, həm də özünü qürurlu hiss edirəm.
Formula 1-də debüt edərlən belə uğuru qətiliklə gözləmirdim. O zamanlar sadəcə burada yarışdığım üçün xoşbəxt idim. Potensial qələbələri ya da podiumlarl xəyal edirdim. Bu uğurları da qazanmaq onsuz da çətindir.
Çətin keçən bir neçə ildən sonra yeni bir konseptlə geri döndük və işlər sürətlə qaydaısnda düşdü. İndi burada dayanıb dördqat Dünya Çempionu olduğumu görmək inanılmazdır.
Hər yerdə məni dəstəkləyən azarkeşləri görmək həmişə inanılmaz olub. Keçən il çoxlu qələbələr qazanaraq, onların gözləntilərini artırdıq. Buna görə də bu mövsümün ortasında bizi bir az gözləmək məcburiyyətində qaldılar. Komandama gəldikdə isə… Onlar haqda nə deyə bilərəm?Bir yerdə çox şey yaşadıq və hazırkı qələbələrimizi bu insanlarla bölüşmək çox xüsusi hissdir.
Növbəti mövsüm bir neçə komanda arasında ciddi mübarizə gözləyirəm. Təbii ki, bu çempionluğun həzzini yaşayacağam. Amma mövsümün son iki yarışında da yaxşı performans göstərmək istəyirəm. Daha sonra qısa fasilə verib, növbəti mövsüm yenidən hazırlaşmağa başlayacağıq”.
Qeyd edək ki, Maks Ferstappen keçən mövsüm 22 yarışdan 19-da qalib gələrək, Dünya Çempionu titulunu qazanmışdı. Bu il isə o, 22 yarışda 8 qələbə qazanıb və mövsümün bitməsinə iki yarış qalmış dördüncü Dünya Çempionluğunu elan edib.
Şərh əlavə et