Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: İşlər pis getdi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yarışda əsas məqsədi zərəri minimuma endirmək olacaq.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərində zirvədə olsa da, sıralanma turunda gözləntiləri qarşılaya bilməyib və 10-cu yeri tutub.

Yeddiqat Dünya Çempionunun komanda yoldaşı Corc Rassell poul alsa da, sıralanma turunun son sessiyasında etdiyi səhvlər Lyuisə baha başa gəlib.

Lyuis Həmilton: “Sıralanma turunda poul şansımız var idi, amma olan oldu. Etməli olduğum şeyi etmədim. Bolid son sessiyada fərqli davrandı. Sözün əsl mənasında balans itdi və nəticədə dövrəni bir araya gətirə bilmədim.

Təkərlərdə də çətinlik çəkdik. Buna görə də təkərləri qızdırmaq istədik və bu səhv addım idi. Ondan sonra işlər pis getməyə başladı.

Yenə də həftəsonu yaxşı keçir. Buna görə də yarışda əlimdən gələni edəcəm. Corcu təbrik edirəm. Bu komanda üçün əla oldu. Özümü pis hiss etmirəm. Kaş poul qazansaydım, amma növbədə daha iki yarış var.

İndi yarışı düşünməliyik. Çox gerilərdəyəm. Buna görə nələr edə biləcəyimə baxacam. Təkər yeyilməsi burada vacib amildir. Keçən il burada bol insidentli yarış keçirmişdik”.

Rauf Hacıyev

Şərh əlavə et