Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Maksimum nəticə qazandıq

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Las Veqasda üçüncü yer onlar üçün maksimum nəticədir. 

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Las Veqasda ikinci yerdən başladığı yarışı üçüncü yerdə bitirib. O, yalnız Mercedes sürücülərindən geri qalıb. 

Karlos Sayns: “Medium təkərlərlə şok yaşadım. Bu təkərlərlə güclü olmağı gözləyirdim, amma tempimiz cəmi səkkiz dövrə davam etdi. O andan etibarən zərəri minimuma endirməyə çalışdım. Bu gün maşında rahat deyildim və gücüm yox idi. Kaş bir az da sürətli olsaydım və Corc ilə qələbə uğrunda mübarizə aparsaydım… Ancaq tempimiz yox idi. Üçüncü olaraq yarışı bitirdik və bu gün üçün maksimum nəticə bu idi”.

Rauf Hacıyev

Şərh əlavə et