Kokpit.az xatırladır ki, monakolu sürücü Las Veqasdakı sıralanma turunda dördüncü yeri tutub. Komanda yoldaşı Karlos Sayns isə ikinci yeri tutub.
Şarl Lekler: “Məncə, təkəri daha yaxşı qızdıran sürücülər daha yaxşı nəticə qazandılar. Son cəhdimdə nəyi səhv etdiyimi bilmirəm, amma bir şeyi səhv etdim, çünki təkərlər pis işlədilər.
Xüsusən də birinci döngədə asfaltla ilişmə yox idi. Bu bir az məyusedici oldu, çünki tempim var idi, amma təkərləri hazırlamaq cəhətdən səhv etdim.
Bura gələndən əsas narahatlığımız bu idi. Trasın bolidimizə uyğun olduğunu bilirdik, amma təkərləri nə qədər tez qızdıracağımızı bilmirdik. Təəssüf ki, şübhələrimizdə haqlı idik, çünki birinci sərbəst yürüşlərdən bəri bununla mübarizə aparırıq.
Lakin düzünü deməliyəm. Karlos Sayns ikinci sərbəst yürüşlərdən bəri əla işlədi. Burada mənim anlamadığım bir şey etdi.
Yarış üçün pozitiv düşünürəm. Yarış tempimiz güclü idi. İlk bir neçə dövrə çətin olacaq, amma ondan sonra güclü olacağıq. Çempionatda mümkün qədər çox xal almaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Daha sonra isə Qətər yarışı barədə düşünəcəyik”.
Şərh əlavə et