Bu dəfə hava dünənkinə nisbətən bir qədər isti olub. Dünən qəza etmiş Elbonun maşını tam hazır vəziyyətə gətirilib və o, boksu ilk tərk edən sürücülərdən biri olub. Lakin bir çoxları ənənəvi olaraq, ilk dəqiqələri qarajda keçiriblər.
Norris və Maks bir neçə dəfə sürüşüblər. Niderlandlı sürücü hətta maşını güclə qəzadan qoruyub və boksa qayıdaraq mexaniklərə təhvil verib. Problem həll edilikdən sonra isə yenidən trasa çıxıb.
44-cü dəqiqətə Strollun maşınının güc qurğusu işləməyib və maşın 12 və 13-cü döngələrin arasında dayanıb. Qırmızı bayraqlarla sessiyaya fasilə verilib. Yaşıl işıqlar yalnız yekuna 1 dəqiqə qalmış çıxıb. Peresdən başqa hamı trasa çıxmağa imkan tapa bilib.
Protokollara bu dəfə də digər Mercedes sürücüsü Corc Rassell başçılıq edib – 1:33.570. Bizi çox maraqlı sıralanma turu gözləyir…
Şərh əlavə et