Xəbəri Kokpitdə Oxuyun!

Mercedes Bottasla maraqlandığını təsdiq edib

Mercedes komandasının rəhbəri Toto Voff bildirib ki, Valtteri Bottası transfer etmək üçün işləyirlər.

Kokpit.az xatırladır ki, finlandiyalı sürücü ilin sonunda Sauber-dən ayrılacaq və boşda qalacaq. Onun adı hazırda Mercedes komandasının test sürücülüyü üçün hallanır. 

Toto Volff: “Valtteri kimi müasir maşınları sürə bilən təcrübəli bir sürücüsünü Mercedes komandasına qaytarmaq şansınız varsa, deməli bəxtəvərsiniz. Hələ heç nə imzalanmayıb. Onu komandaya qaytarsaq, hamımız xoşbəxt olarıq. Onun komandaya qayıtmasını çox istəyirəm. Hər şey zamandan asılıdır”.

Bottas üçün maraqlı alternativlər var.

Valtteri Bottas isə bildirib ki, onun maraqlı alternativləri var: “Aktiv Formula 1 karyeramın bitmə formasından razı deyiləm, çünki karyeramı özüm bitirmirəm. Bu idmana hələ çox şey qata bilərəm və bu idmanı çox sevirəm. Növbəti addımın nə olacağını anlamağa çalışıram. Buna görə də daha artığını deyə bilmərəm. Hər gün bütün alternativləri təhlil edirəm. Önümdə bəzi maraqlı ehtimallar var, amma görəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et