Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Las Veqas Qran Prisinin sıralanma turunda ikinci yeru tutub.
Karlos Sayns: “Çox çətin idi. Doğrudan da çətin və yaxın keçən sessiya oldu. Poula gözlədiyimdən yaxın oldum. Hətta, elə bildim ki, poul qazanmışam, amma sonra Corc çox sürətli dövrə vurdu. Yenə də çox sevincliyəm.
Yarışa yaxşı yerdən başlayırıq. Keçən il də ikinci olmuşdum, amma drenaj qapağına görə 12-ci yerdən başlamışdım. Bu il 2-ci yerdən başlayacağam və ümid edirəm ki, yaxşı nəticə əldə edərik.
Sabah öndə mübarizə aparmaq üçün özümüzə güvənməliyik. Əgər bu gün sıralanma turunda belə yaxınıqsa, sabah qələbə barədə düşünə bilərik. Hədəfimiz budur.
Təbii ki, sabah ötmələr və strategiya fərqli mövzu olacaq. Bu gün Mercedes təkərləri qızdırmaqda yaxşı idi. Birinci sektorda uçurdular. Bizə 0.3 saniyə fərq atdılar. Biz isə dövrə keçdikcə fərqi bağlayırdıq. Amma sabah hər şey sıfırdan başlayacaq və dolu çəndə maşının performansını görəcəyik.
Düzünü desəm, McLaren-i Mühəndislər Kubokunda keçmək üçün bu qələbəyə ehtiyacımız var. Buna görə də qazanmalıyıq”.
Şərh əlavə et