Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Sürətimizin səbəbini anlamalıyıq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, sıralanma turu performansından və qazandığı pouldan çox razıdır. 

Kokpit.az xatırlaıdr ki, britaniyalı sürücü Veqasdakı sıralanma turunda səhvsiz sürərək, poul qazanıb. 

Corc Rassell: “Yenidən poul qazanmaq inanılmazdır. Bütün həftəsonu çox sürətli idik. Son cəhdimə başlayarkən bilirdim ki, o anda harada olduğumun önəmi yoxdur. İlk cəhdimdə çətinlik çəkmişdim və ön qanadımı dəyişdirməli oldum. Elə bildim ki, son cəhdimə çata biməyəcəyəm.

Yekunda poul qazandıq. Bu həftəsonu niyə belə sürətli olduğumuzu anlamaq üçün bir az təhlil aparmalıyıq, çünki doğrudan da surpriz oldu”.

Corc Rassell son cəhdinə hamıdan sonra başlayıb. O, bu barədə belə danışıb: “Bəzən bunu dəyərləndirməliyik. Özümə güvənirdim və təmiz dövrə vursam, birinci yerdə olacağımı bilirdim. Poul almaq doğrudan da inanılmazdır”.

Rauf Hacıyev

Şərh əlavə et