Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Las Veqasda mövsümün ən çətin sıralanma turundan birini keçirib və birinci sessiyadan ələnib.
Fernando Alonso: “Bütün həftəsonu ərzində rəqabətədavamlı deyildik və sıralanma turundan əvvəl bilirdik ki, çətinlik çəkəcəyik.
Las Veqasda bu soyuq hava şəraitində balans tutmaq və təkərləri optimal temperatura çatdırmaq çətin məsələ idi. Rəqabətədavamlı olmadığımız bir neçə yarış keçirdik, ancaq növbəti mövsüm üçün təkmilləşməli və öyrənməyə davam etməliyik.
Keçənilki yarışda gördüyümüz kimi sabah hər şey baş verə bilər. Buna görə də bütün fürsətlərdən maksimum formada istifadə etməliyik”.
Aston Martin komandasının digər sürücssü Ləns Stroll isə üçüncü sərbəst yürüşlərdə ERS probleminə görə bolidi saxlamalı olub və sıralanma turunun bir hissəsini buraxıb. Bu da işləri qarışdırıb.
Ləns Stroll: “ERS problemindən sonra komanda bolidi yarışa hazırlamaq üçün çox işlədi. Cəmi bir dövrə vura bildik. Təkər temperaturu uyğun olmadığı üçün vəziyyət çətin idi və 12-ci döngədə trafikə düşdüm. Deyəsən sabah bizim üçün çətin oıacaq.
Təkərləri yaxşı qorumalıyıq və bolidimiz təkərləri tez yeyə bilər. Görək nə edəcəyik”.
Şərh əlavə et