Xəbəri Kokpitdə Oxuyun!

Red Bull düz qanad gətirməyib

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Las Veqas üçün seçdikləri arxa qanad düzgün deyil.

Kokpit.az xatırladır ki, Las Veqasda cümə sərbəst yürüşləri geridə qalıb. Red Bull komandası həftəsonuna istədoyi kimi başlaya bilməyib.

Bunun bir hissəsi motor gücü və təkər seçimindən qaynaqlansa da, GPS məlumatları göstərir ki, “qırmızı öküzlər” düzlüklərdə Mercedes və McLaren-dən geri qalır. Bunun əsas səbəblərindən biri isə Red Bull aşağı asfaltayatma qüvvəsi istehsal edəm arxa qanadı Las Veqasa gətirməməsidir.

Helmut Marko: “Vahid dövrə performansına çox köklənmədik. Yarış tempimiz isə bəzən güclü idi. Bəzən təkərlər temp itirdi. Buna görə də sürət cəhətdən qeyri-stabil idik. Sadəcə stabillik tapmalıyıq. Yoxsa bəzən sürətimiz çox yaxşı idi. Ön tərəfdə olmaq istəyiriksə, stabil performans göstərməliyik.

Vahid dövrədə daha yaxşı ola bilərik. Amma yarış tempində təkər yeyilməsi böyük problemdir”.

Helmut Marko Veqasa səhv arxa qanad gətirdiklərini qəbul edib: “Başqa arxa qanadımız yoxdur. Rəqiblərimiz kimi daha kiçik arxa qanadımızın olması daha yaxşı seçim idi. Təəssüf ki, başqasını gətirə bilmərik.

İndi əsas məsələ düzgün balansı tapmaqdır. Düzlük sürətini itirmədən boliddə daha çox balans tapmalıyıq.

Sabah sıralanma turundan əvvəl daha bir sessiya olacaq. Birinci sərbəst yürüşlərdən sonra topladığımız məlumatları düzgün formada istifadə etməsək də, doğru yoldayıq”.

Helmut Marko motor gücünü azaltdıqlarını əlavə edib: “Bəli, bu gün motoru tam açmadıq.

Bugünkü sərbəst yürüşlərdən sonra Maks Ferstappenin burada titul qazanacağını gözləmirəm. Amma dediyim kimi sıralanma turundan əvvəl daha bir sərbəst yürüşlərimiz olacaq. Keçən il burada keçirilən yarış göstərdi ki, bu trasda hər şey baş verə bilər. Yəni ki, şansımız var”.

Rauf Hacıyev

Şərh əlavə et