Kokpit.az xatırladır ki, niderlandlı sürücü cümə günü keçirilən iki sərbəst yürüşlərdə də bolidin balansından narazı olub və təkərlərin asfaltla yaxşı ilişmədiyini deyib. Çempionatın lideri cümə gününü 15-ci yerdə bağlayıb.
Maks Ferstappen: “Tras çox sürüşgəndir və xüsusən də vahid dövrədə təkərləri işlətmək problemli idi. Yarış tempində daha rəqabətədavalı görünürük. Lakin görüləsi işlər var.
Dediyim kimi vahid dövrədə çoxgeridəyik. Bu da qeyri-adi şəraitdən qaynaqlanır. Bura çox soyuqdur, amma hamı eyni hava şəraitində mübarizə aparır. Sadəcə nə edəcəyimizi anlamalıyıq. Bu trasda sürət təkərlərin performansından asılıdır. Bolidin balansı ilə bağlı xüsusi problemimiz yoxdur. Amma təkərlər asfaltla istənilən kimi ilişmir. Elə bil ki, buz üstündə maşın sürürsünüz”.
Şərh əlavə et