Kokpit.az xatırladır ki, britaniyalı sürücü Veqasdakı birinci sərbəst yürüşlərdə 3-cü, ikinci sərbəst yürüşlərdə isə 2-ci yeri tutub.
Lando Norris: “Pis gün idi. Boş çənlə atdığımız dövrələr pis deyildi. Amma dolu çənlə nəticələrimiz şok təsiri yaratdı. Bəzi şeyləri təhlil etməliyik.
Ön təkərlərin yeyilməsi və bənzər problemlər kombinasiya kimidir. Bu mövzularda yaxşı deyiləm və həmişə çətinlik çəkmişəm. Bu incə sazlanmalardan asılı ola bilər. Əgər necə düzəldiləcəyini bilsəydim, bunu edərdim. Bu mövzuda həmişə çətinlik çəkirəm. Bunun üçün işləyəcəyəm. Amma sıralanma turunda ön sıralanrda olmaq işləri həmişə asanlaşdırır. Yəni ki, bu gecə üzərində işləyəcəyimiz çox şey var, amma yetərli qədər vaxtımız var.
Ümid edirəm ki, inkişaf edərik, amma zənn etmirəm. Bu doğrudan da çpx çətindir, çünki ilişmə çox zəifdir. Hazırda bir yol maşını ilə daha sürətli gedərəm. Qarışıq hisslər yaşayıram”.
Şərh əlavə et