Kokpit.az xatırladır ki, britaniyalı sürücü hər iki cümə sərbəst yürüşıərində birinci yeri tutub.
Lyuis Həmilton: “Bu gün doğrudan da özümü yaxşı hiss etdim. Deyəsən bu il stabil formada güclü olduğumuz ilk cümə günü idi. Bolid əvvəldən sona qədər çox sürətli hiss etdirdi. Bu trasda sürməkdən həzz alıram. Dövrə ərzində üç yaxşı sektoru bir araya gətirmək gözəl idi.
Hər iki sessiyada birinci olmağımıza baxmayaraq, hamı fərqli yanacaq yükü və fərqli proqramlarda sürdükləri üçün bir şey demək çətindir.
Xüsusən də, yarış tempimiz sıralanma tempi kimi güclü deyildi. Buna görə də sıralanma tempimizi itirmədən bunu düzəltməliyik. Ümid edirəm ki, sabah da rəqabətədavamlı olarıq. Bu gecə dincəlib güclü formada geri qayıdacağam”.
Şərh əlavə et