Kokpit.az xatırladır ki, britaniyalı sürücü Veqasdakı cümə günü birinci sərbəst yürüşlərdə ikinci, ikinci sərbəst yürüşlərdə isə üçüncü yeri tutub.
Corc Rassell: “Komanda olaraq bizim üçün yaxşı gün idi. Hələ sərbəst yürüşlərdə olsaq da, nəticələr cəsarətvericidir. Bolid əvvəldən yaxşı işlədi və sükan arxasında özümü yaxşı hiss etdim. Lyuis ilk dövrədən etibarən rəqabətədavamlı idi. Hər iki sessiyada da zirvədə yer alaraq əla iş gördü.
Bura şəhər tipli trasdır və bu gün çirkli idi. Təmizləndikcə və ilişmə artdıqca inkişafa davam edəcəyik.
Sabah sıralanma turunda nəticələrin daha 3 saniyə yaxşılaşması gözlənilir. Buna görə də gecə ərzində məlumatları təhlil edib niyə bu qədər güclü olduğumuzu və harada inkişaf edəcəyimizi tapmağa çalışacağıq.
Rəqiblərimizin bir addım öndə olacağı məlumdur. Buna görə də şənbə günü ön sıralarsa olmaq istəyiriksə, əlimizdən gələnin ən yaxşısını etməliyik”.
Şərh əlavə et