Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Şansımız var

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, hazırda əsas hədəfləri McLaren-i keçərək, Mühəndislər Kubokunu qazanmaqdır.

Kokpit.az xatırladır ki, “qırmızılar” hazırda Mühəndislər Kubokunda lider McLaren-dən 36 xal geridə qalır. Mövsümün sonuna isə 3 əsas, 1 sprint yarışı qalıb.

Şarl Lekler: “Formula 1-də, xüsusən Ferrari ətrafında həmişə dedi-qodular olur. Əksər hallarda bir yarışda yaxşı performans göstərə bilməyəndə ya da tam tərsi olanda bu haqda dərin təhlillər edirik.

Keçmişdə bu bizə və işləmə formamıza bir az təsir edərdi, amma Fred komanda rəhbəri olandan sonra bu işlər təkmilləşdi.

Bununla da komanda kənar söz-söhbətlərdən təsirlənmədən intizamlı formada işləməyə başladı və bu da çempionat üçün çox vacibdir.

Hədəfimiz McLaren-i geridə qoymaqdır və bu il doğrudan da şansımız var.

Xüsusən də son 3 yarışda güclü idik. Ancaq bilirik ki, o yarışların nəticəsinə güvənmək olmaz. Hazırda hər yarışa xüsusi köklənirik və çox işləməyə çalışırıq. Bu həftəsonu alınacaq çox xal var və Qətərdə sprint yarışı olacaq. Buna görə də sona qədər işimizə fokuslanmalıyıq”.

Şarl Lekler Braziliya yarışından sonra demişdi ki, bolidin təkərlərə nəzarəti yaxşılaşması onların işini çətinləşdirə bilər: “Mən hələ də vəziyyətin belə olacağını düşünürəm, amma bolidin keçən ilə nisbətən necə dəyişdiyini hələ bilmirik. Amma təkərlər barədə daha yaxşı olduğumuzu bilirik. Bu da təkərin gec qızması deməkdir. Buna görə də təkərləri qızdırmağın çətin olacağı trasda işimiz çətin olacaq.

Amma məni səhv başa düşməyin. Hələ də düşünürəm ki, Las Veqas bizim üçün yaxşı həftəsonu olacaq”.

Jurnalistlər Ferrari-nin nəyə görə yağışda zəif olduğunu soruşublar: “əgər bilsəydik, indi daha çox xal toplayardıq. Sözün açığı onu anlamağa çalışırıq. Hələlik belə şəraitlərdə düzgün işləməyən bir çey var və onun üzərində işləyirik”.

Rauf Hacıyev

Şərh əlavə et