Xəbəri Kokpitdə Oxuyun!

M.Markes özünü yaxşı hiss edir

Ducati ilə Barselonada ilk dəfə trasa çıxan Mark Markes bildirib ki, GP25-lə olan debütündə özünü yaxşı hiss edib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Ducati komandası ilə ikiillik müqavilə bağlayıb. O, ikinci gün yeni komandası Barselona testlərində debüt edib.

Markes həm GP24, həm də GP25 ilə ümumilikdə 49 dövrə vurub. Səkkizqat Dünya Çempionu 1.39.454 zaman nəticəsi ilə günü dördüncü yerdə bağlayıb.

Mark Markes: “Bir il əvvəl Honda-dan ayrılaraq, riskli qumar oynadım və baza komandasına keçmə vaxtı gəlmişdi. Ducati ilə müqavilə bağlamaq ən yaxşı xəbərdir və bu planın bir hissəsi idi.

Baza ya da motosikletləri dəyişdirməməyim və əksər mühəndislərlə tanış olmağıma görə özümü yaxşı hiss etdim.

Bu testlərdə bir baza komandasının etdiyi kimi sərt planla, hər şey müəyyənləşmiş formada və nəyi test edəcəyimizi bilərək işlədim. Belə olan hallarfa sürücü bazaya daha yaxşı geribildirim verə bilir”.

Rauf Hacıyev

Şərh əlavə et