Kokpit.az xatırladır ki, niderlandlı sürücü Braziliya yarışına 17-ci yerdən başlasa da, yekunda qalib gəlib və çempionatda ən yaxın izləyicisi Lando Norrislə fərqi 62-yə qaldırıb. Üçqat Dünya Çempionu bu qələbə ilə 10 yarışlıq qalibiyyət həsrətinə son qoyub.
Maks Ferstappen: “Braziliyada yağışlı havada qazandığımız qələbə bizə çempionatda üstünlük verdi, amma bizim üçün problemlər tam olaraq həll olunmayıb.
Son yarışlarda quru havada tempimiz yaxşı deyildi. Hazırda Las Veqasda necə performans göstərəcəyimizi görmək üçün birinci sərbəst yürüşləri gözləməliyik. Soyuq havanın təkərlərə necə təsir edəcəyini hələ də bilmirik.
Hər həftəsonu yaxşı performans göstərmək istəyirəm. Buna görə də özümə təzyiq göstərirəm. Yəni ki, bunun çempionluq uğrunda mübarizə aparmağımla əlaqəsi yoxdur. Yaxşı vaxt keçirməyə və rəqabətədavamlı olmağa çalışıram. Çempionluq hələ qəti deyil. Yəni ki, hələ alınacaq çox xal var”.
FİA Formula 1-in yarış direktoru Nils Vittix ilə yolları ayırıb və onun əvəzinə son iki ildə Fomula 2 və Formula 3-də yarış direktorluğu etmiş Rui Markes gətirilib.
Maks Ferstappen bu qərara qəribə baxır: “Xəbərləri oxudum və günümə davam etdim. Əlbəttə, mövsümün sonuna 3 yarış qalmış bu qərar qəribə görünür.
İndi yeni yarış direktoru ilə işləmək maraqlı olacaq. Normalfa belə dəyişikliyi mövsümün sonunda edirlər. Amma yekundə onlar belə qərar veriblər və biz də buna uyğunlaşmalıyıq”.
Qeyd edək ki, Maks Ferstappen bu həftəsonu yarışı Lando Norrisin önündə bitirsə, Formula 1 karyerasının dördüncü çempionluğunu elan edəcək.
Şərh əlavə et