Xəbəri Kokpitdə Oxuyun!

Ferrari-də yeni test sürücüsü olacaq?

İtaliya mətbuatının xəbərinə görə Ferrari komandasının ehtiyat sürücüsü Artur Lekler olacaq.

Kokpit.az xatırladır ki, son günlər Quanyu Çjounun Ferrari-də ehtiyat sürücü olacağı deyilirdi. Lakin “qırmızılar” bu iddiaları təkzib ediblər.

İndi isə deyilənlərə görə yeni namizəd var – Şarl Leklerin qardaşı Artur Lekler.

Monakolu sürücünün bu işi Antonio Covinatsi ilə birgə görəcəyi gözlənilir. Bundan başqa Arturun Əbu Dabidə birinci sərbəst yürüşlərdə Karlos Saynsı əvəzləmə ehtimalı var.

Mövsümsonu testlərdə isə Artur Leklerlə Antonio Fuokonun birlikdə iştirakı planlaşdırılır.

Rauf Hacıyev

Şərh əlavə et