Xəbəri Kokpitdə Oxuyun!

Ferrari Veqasa yeniliklərlə gələcək?

Ferrari komandası bu həftəsonu Las Veqasa iki yeniliklə gələ bilər.

Kokpit.az xatırladır ki, mövsümün bitməsinə 3 mərhələ qalıb və hazırda Mühəndislər Kubokunda qızğın mübarizə gedir. Ferrari komandası lider McLaren-dən 36 xal geri qalır və “qırmızılar”ın əsad məqsədi çempion olmaqdır. Buna görə də onlar Las Veqas Qran Prisinə bir neçə yenilik gətirəcəklər.

Britaniya mətbuatının məlumatına görə Şarl Lekler və Karlos Sayns yeni altlığa sahib olacaqlar. Ferrari bu yeniliklərin hesabına düzlüklərdə maşının dalğalanmasını azaltmaq istəyir.

Komanda bu yeniliklərlə həm də trasla aerodinamik boru arasındakı məlumat kolerasiyasını da dəyərləndirəcək. Bu da 2025-ci il üçün altlıq seçiminə kömək edəcək.

İki sürücü eyni zamanda yeni ön qanad test edəcəklər. Əgər bu yeniliklər cümə günü işləsələr, komanda həftəsonunun qalanında bunlardan istifadə edəcək. Arxa qanadın isə Spa və Montsadakı yarışlarla eyni olması gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et