Kokpit.az bildirir ki, rusiyalı sürücü Ferrari Sürücü Akademiyasından ayrılaraq karyerasında yeni səhifə açır.
Son illərdə Ferrari komandasının ehtiyat və test sürücüsü olan Robert növbəti mövsümdən İndyCar-da yarışacaq. 25 yaşlı sürücü bu macəraya məşhur Prema komandası ilə başlayacaq.
Ferrari-nin mətbuat şöbəsi Robert Şvartsmana bu açıqlama ilə təşəkkür edib: “Robert Şvartsmanı yeni macəra gözləyir. Prema ilə İndyCar-da yeni səhifə açmaq üçün komandamızdan ayrılır. Komandaya verdiyi qatqılara və göstərdiyi performansa görə ona təşəkkür edirik”.
Şərh əlavə et