Kokpit.az bildirir ki, çinli sürücü əvvəllər Ferrari-nin Sürücü Akademiyasında olsa da, daha sonra Alpine-ə keçmişdi. Çjou Formula 1-dəki debütünü 2022-ci ildə Sauber komandası ilə etmişdi. Lakin növbəti mövsüm o, isveçrəlilərin düşərgəsini tərk etməli olacaq. Buna görə də potensial alternativləri dəyərləndirir.
Bəzi iddialara görə Çjou 2025-ci ildə Ferrari komandasına ehtiyat sürücü kimi keçməlidir. Ancaq “qırmızılar”a yaxın resurslar bu iddiaları rədd ediblər. Buna görə də Formula 1-dəli ilk çinli sürücü Quanyu Çjounun gələcəyi hələ də məlum deyil.
Şərh əlavə et