Kokpit.az xatırladır ki, Françesko Banyaya mövsünü 11 qələbə ilə bağlasa da, Dünya Çempionluğu cəmi 3 yarış qazanmış Xorxe Martinə gedib. Mövsümün sonunda italyan sürücü rəqibinə 10 xal uduzub.
Banyayanın titulu itirməsində əsas amillərdən biri Malayziya yarışında ikinci gedərkən yıxılması olmuşdu. O, qəzadan sonra Malayziyada əsas və Barselonada sprint, əsas yarışları qazansa da, titul üçün bəs eləmədi.
Françesko Banyaya: “2024-cü ildən razı qala bilərik. Amma növbəti mövsüm üçün bəzi sahələrdə inkişaf etməliyik. Bəzi halları yaxşı anlamalıyam, çünki üç dəfə rəqiblərimin təması ilə mübarizəni dayandırdım. Motosikletlə bağlı problemlər yaşadım. Daha sonra xırda səhvlərə görə 4 dəfə qəza etdim. Buna görə də özümü təkmilləşdirməliyəm. Gələn il bunu etməyə çalışacağam.
Mən heç vaxt təslim olmayan sürücüyəm. Ancaq bunu öyrənməliyəm: Bəzən dördüncü ya da beşinci bitirmək qəza etməkdən yaxşıdır.
Bütün yarışlarda əlimdən gələnin yaxşısınş etməyə çalışsam da, alınmadı. Bundan başqa Xorxe bilirdi ki, keçikmək və ya ikinci olmaq qəza etməkdən yaxşıdır. Əla iş gördü və çempionluğa layiq idi.
Öyrənməli olduğum ilk şey bəzi halları daha yaxşı anlamaq olacaq. Portimaoda Mark Markeslə, Xeresdə Bred Binderlə, Araqonda Aleks Markeslə olan qəzaları əngəlləyə bilərdim.
Əslində üçündə də rəqiblərim məni trasdan çıxardılar. Amma bu üç halda da insidentə əngəl ola bilərdim.
Mark ilə olan insidentdə o daha sürətli idi. Bəlkə gözləməli və limiti aşmamalı idim. Yarışanda həmişə öndə olmaq istəyirəm. Amma bəlkə, növbəti mövsüm özümü təkmilləşdirə bilərəm.
Aleks Markes ilə mübarizədə isə 0.4 saniyə sürətli idim və qəzanı gözləmirdim. Sonra mənə təmas etdi və qəza etdik. Bred ilə də eynisi oldu. Yekunda səhvlərimdən dərs çıxarmalıyam”.
Şərh əlavə et