Xəbəri Kokpitdə Oxuyun!

Son yarış bukmeykerlərin fikrini necə dəyişib?

Unibet bukmeyker kontoru qarşıdan gələn Las Veqas Qran Prisi və mövsümün nəticələri üçün mərc əmsallarını dərc edib.

İdarənin çalışanları Şarl Lekler və Lando Norrisi sürətli şəhər trasında əsas favoritlər hesab edirlər – onların qələbə əmsalları eynidir. San-Pauludakı yarışın qalibi Maks Ferstappenin şansı onlardan cüzi aşağı qiymətləndirilir.

Şarl Lekler, Lando Norris – 3.50
Maks Ferstappen – 4.00
Karlos Sayns – 7.00
Oskar Piastri –11.00
Corc Rassell – 21.00
Lyuis Həmilton – 26.00
Serxio Peres – 101.00

Mövsümün sonuna hələ 3 yarış olsa da, sadəcə iki sürücünün titul üçün riyazı şansları davam edir. San Pauludakı yarışdan sonra Maks Ferstappen dördüncü çempionluğunu demək olar ki, həll edib və artıq Las Veqasda hər şey rəsmiləşə bilər. Bunun üçün o, britaniyalı həmkarına 2 xaldan çox uduzmamalıdır.

Maks Ferstappen – 1.01
Lando Norris – 19.00

Mühəndislər Kubokunda da şansı kağız üstündə davam edən komandaların sayı üçə enib. McLaren liderdir, onun əsas rəqibi isə Ferrari-dir…

McLaren – 1.14
Ferrari – 5.50
Red Bull – 67.00

Elçin Zodorov

Şərh əlavə et