Kokpit.az bildirir ki, Red Bull şirkəti Las Veqas Qran Prisindən əvvəl İrlandiyanın Qelvey şəhərində şou yürüyüşü edib. Devid Kulthard və Patrik Frizaker minlərlə azarkeşin önündə əvvəlki illərin Red Bull bolidi ilə yürüş ediblər. Bu şouda Sebastyan Fettelin 2012-ci ildə üçüncü Dünya Çempionluğunu qazandığı RB7 bolidindən istifadə edilib. Şou vaxtı Las Veqas Qran Prisində istifadəsi gözlənilən rəng çaları da təqdim olunub.
Red Bull uzun illərdir ki, ABŞ-da keçirilən Qran Prilərdə xüsusi rəng çalarları ilə mübarizə aparıb. Hətta 2023-cü ildə ABŞ-da keçirilən 3 yarış üçün rəng çalarlarını azarkeşlər dizayn etmişdilər.
Red Bull komandası builki Las Veqas Qran Prisinə də xüsusi rəng çaları hazırlamışdı. Ancaq Britaniya mətbuatının xəbərinə görə “qırmızı öküzlər” bolidin çəkisini artırdığı üçün xüsusi rəng çalarından imtina ediblər. Bununla da İrlandiyada təqdim olunan rəng çaları ləğv olunub.
Şərh əlavə et