Xəbəri Kokpitdə Oxuyun!

MotoGP yeni loqotipi təqdim edib

MotoGP 2025-ci il mövsümündən əvvəl yenilənmiş loqotipini Barselonada təqdim edib.

Kokpit.az bildirir ki, MotoGP 2024-cü ildən sonra yeni brend formalaşdırmaq üçün müasir loqotipə keçib.

MotoGP-nin təşkilatçısı olan Dorna 2002-ci ildən istifadə olunan, 2007-ci ildə yenilənən ikonik damalı bayraq loqotipini daha minimalist dizaynla əvəz edib. Yeni loqotip mövsümün son yarışından sonra Barselonanın Mədəniyyət Müzeyində təqdim edilib. Yeni loqotipi dünyanın ən böyük müstəqil dizayn stusiyası olan Pentagram hazırlayıb.

MotoGP-nin açıqlamasına görə yeni loqotipdəki M hərfi trasda bir-birinə yaxın bucaqda əyilən iki motosikleti təmsil edir. O hərfi təkərlərin geometriyasını xatırladır. T isə sürücünü göstərir. GP hissəsi isə yarış trasını xatırladır.

Moto2 və Moto3 loqotipləri də yeni loqotipə uyğun olaraq yenidən dizayn edilib. MotoGP yeni loqotipi Liberty Media-nın Dorna-nı satınalma prosesinin son mərhələsində təqdim edib.

Liberty Media ilin sonuna qədər bütün razılıqların əldə edilməsini gözləyir. Qeyd edək ki, Liberty Media 2017-ci ildə Formula 1-i alarkən də, yeni loqotip təqdim etmişdi.

Rauf Hacıyev

Şərh əlavə et